Kseniya Kovalenkonun komandası yenə uduzdu
22.01.2012 - 13:39
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko İtaliya A seriyasında növbəti oyunu keçirib. Apasport.az saytının məlumatına görə, blokçumuzun şərəfini qoruduğu “Kariparma” “Skavolini”nin qonağı olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma ev sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (22:25, 30:28, 16:25, 25:16, 16:14). Həmişə olduğu kimi start heyətində meydana çıxan Kovalenko komandasına 10 xal qazandırıb.
Qeyd edək ki, bu oyunda 1 xal qazanan “Kariparma” 16 xalla 8-ci pilləyə yüksəlib.

0
0