“Rieka”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
22.01.2012 - 17:11
“Rieka”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
“Bakı” voleybol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində Xorvatiyanın “Rieka” komandası ilə ilk görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələri rəqiblərini fevralın 2-də paytaxtımızda qəbul edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Xorvatiyada baş tutmalı olan cavab qarşılaşmasının vaxtı hələ dəqiqləşməyib.