Bürünc mükafatçımız baş məşqçi problemini həll etdi
22.01.2012 - 18:22
Bürünc mükafatçımız baş məşqçi problemini həll etdi
“İqtisadçı” voleybol klubunun baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, CEV kuboku ilə vidalaşan Super Liqanın bürünc mükafatçısını mövsümün sonuna kimi Eldar Əliyev çalışdıracaq.

Klub rəhbərliyi son 2 ildə köməkçi-məşqçi işləyən sabiq referi ilə bu barədə razılığa gəlib. Əliyev həmçinin, “İtisadçı”nı avrokubokda İtaliya “Yamamay”ı oyunda da meydana çıxarmışdı.

Qeyd edək ki, komandanın italiyalı baş məşqçisi CEV kubokunun 1/8 finalından öncə istefaya göndərilmişdi.