“Rabitə” “Azərreyl”in daşını-daş üstə qoymadı - YENİLƏNİB
25.01.2012 - 20:23
“Rabitə” “Azərreyl”in daşını-daş üstə qoymadı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, mövsümün derbisi – “Rabitə” - “Azərreyl” matçı da məhz bu turda baş tutub.

Lakin Çempionlar Liqasındakı təmsilçilərimizin mübarizəsinin olduqca gərgin keçəcəyi gözlənilsə də, bu, belə olmayıb. “Azərreyl” ötən il olduğu kimi bu dəfə də “Rabitə” qarşısında aciz qalıb.

Belə ki, ilk hissəni asanlıqla qazanan Zoran Qayiçin yetirmələri növbəti setdə müqavimətlə üzləşsələr də, əzəli rəqiblərinin hesabı bərabərləşdirməsinə imkan verməyiblər. Onlar III hissədə də əzmkar oyun nümayiş etdirərək, layiqli qələbə qazanıblar. Bununla da Super Liqanın son qalibi turnir cədvəlində birinci pilləyə yüksəlib. İlk məğlubiyyət isə “Azərreyl”in mövqeyinə təsir etməyib.

Tur çərçivəsində derbidən savayı, digər oyunlar da maraqsız alınıb. Günün ilk qarşılaşmasında üz-üzə gələn “Lokomotiv Biləcəri” ilə “İqtisadçı” “qara zolaq”dan çıxmağa çalışıblar və bu dueldən daha güclü heyətə malik ikincilər qalib ayrılıblar.

Eldar Əliyevin yetirmələri ardıcıl 5 məğlubiyyətdən sonra (3 Super Liqa, 2 CEV kuboku) debütant üzərində qələbə qazanmağı bacarıblar. Onlar rəqiblərini “quru hesabla” məğlub ediblər.

Yenə 0:3 hesabı ilə uduzan “Lokomotiv Biləcəri” isə I dövrənin fasiləsinə bir setdə belə qələbə qazanmadan yollanıb.

Bu oyunun ardınca baş tutan “Azəryolservis” – “Lokomotiv” görüşündə “dəmiryolçular” qələbə seriyasını davam etdiriblər. Onlar debütantla qarşılaşmada rəqibə heç bir şans verməyiblər və hər 3 seti xeyirlərinə başa vurublar. Məğlubiyyətdən sonra “Azəryolservis” turnir cədvəlində mövqeyini itirib və fasiləyə 6-cı yerdə yollanıb.

25 yanvar
VII tur


“RABİTƏ” – “AZƏRREYL” - 3:0 (25:14, 25:21, 25:20)
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin

“LOKOMOTİV BİLƏCƏRİ” – “İQTİSADÇI” - 0:3 (11:25, 20:25, 17:25)
Hakimlər: Ceyhun İsmayılov, Ruhid Xəlilov

“AZƏRYOLSERVİS” – “LOKOMOTİV” - 0:3 (18:25, 22:25, 11:25)
Hakimlər: Murad Abdurahmanzadə, Eldar Zülfüqarov

1.Rabitə55015-110
2.Bakı64213-610
3.Azərreyl54112-79
4.Lokomotiv53211-68
5.İqtisadçı5237-107
6.Azəryolservis6155-157
7.Lokomotiv Biləcəri6060-186


Qeyd edək ki, IV turdan təxirə salınan “Rabitə” – “Lokomotiv” və “Azərreyl” – “İqtisadçı” görüşü yanvarın 28-də keçiriləcək.