Zoran Qayiç: “Azərreyl”lə oyunu bir vaxt itkisi kimi qiymətləndirirəm
25.01.2012 - 20:49
“Mən əslində oyunumuzdan narazı qaldım. Rəqib də əsas heyətini meydana buraxmamışdı. Onlarda Polina Rəhimova, bizdə isə Nataşa Osmokroviç oynamırdı. Mən üstünlük verərdim ki, “Azərreyl”də Rəhimova, bizdə isə imkan olsaydı Osmokroviç meydana çıxsın”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.
Serbiyalı mütəxəssis Super Liqanın VII turunda baş tutan “Rabitə” – “Azərreyl” (3:0) derbisi ilə bağlı fikirlərini açıqlayıb. Dünya çempionunun sözlərinə görə, komandası hələ öz üzərində işləməlidir: “Bu günkü oyunu bir vaxt itkisi kimi qiymətləndirirəm. Çünki avrokubok öncəsi hər 2 komandanın əsas heyətlə oynaması daha yaxşı olardı. Amma “Azərreyl”lə oyunun keyfiyyətindən narazıyam. Düşünmürəm ki, bu görüş hər 2 komanda üçün hazırlıq kimi qiymətləndirilsin”.
Qeyd edək ki, “Rabitə” “Azərreyl” üzərində qələbə sayəsində turnir cədvəlində birinci pilləyə yüksəlib.

0
0