Aleksandr Starkov: Onun üçün müvəqqəti də olsa, icazə alınıb
26.01.2012 - 11:17
“Bakı” klubunun və Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədovun əsgərlik problemi həll olunub. Bu haqda Lent.az-a klubun baş məşqçisi Aleksandr Starkov məlumat verib.
Latviyalı mütəxəssisin sözlərinə görə, artıq 24 yaşlı yarımmüdafiəçi komandanın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısına qoşulub. Starkov Məmmədov üçün növbəti çağırışadək Hərbi Komissarlıqdan icazə götürüldüyünü söyləyib: “Elvin üçün müvəqqəti də olsa, icazə alınıb. Hesab edirəm ki, bu, seleksiya işində ən böyük qələbəmizdir. Elvin artıq burdadır, hazırlaşır. O, yarım ildir klubumuzda olsa da, potensialını hələ açmayıb. Ümidvaram ki, qarşıdakı müddətdə komandamızın uğurları naminə əlindən gələni edəcək”.
Qeyd edək ki, “Bakı”nın köməkçi-məşqçisi Novruz Əzimov yanvarın 23-də Lent.az-a açıqlamasında Elvin Məmmədova Tovuz rayon Hərbi Komissarlığından çağırış gəldiyini və futbolçunun hərbi xidmətə yollanmaq üçün Bakıda qaldığını bildirmişdi.

0
0