Rəqibimizdən növbəti “quru hesablı” qələbə
26.01.2012 - 11:46
Rəqibimizdən növbəti “quru hesablı” qələbə
Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Bakının “Rabitə” voleybol klubunun potensial rəqibi “Fənərbaxça” Türkiyə çempionatında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 1/4 finalda Zoran Qayiçin yetirmələri ilə qarşılaşmaq ehtimalı yüksək olan “sarı-lacivərdlilər” “İBA Kimya TED Kolejliler”lə duelda gücünü bir daha ortaya qoyub.

Onlar 3:0 (25:15, 25:17, 25:17) hesabı ilə qalib gəlməklə, birinci pillədəki yerlərini qoruyublar.

Qeyd edək ki, ÇL-in 1/8 finalında “Rabitə” “Atom”la (Polşa), “Fənərbaxça” “Modranska” (Çexiya) ilə qarşılaşacaq. Bu cütlərdə birincilərin asan qələbə qazanacaqları gözlənildiyindən, Azərbaycan və Türkiyə təmsilçilərinin növbəti mərhələdə bir-birinə rəqib olacaqları proqnozlaşdırılır.