Azərbaycanlı hakim Avropa Kubokunun yarımfinalında
26.01.2012 - 12:55
Azərbaycanlı hakim Avropa Kubokunun yarımfinalında
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov FİBA Avropadan yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizə qadınlar arasında Avropa Kubokunun yarımfinal matçı etibar edilib.

Həsənov fevralın 2-də Kayseridə baş tutacaq “Kayseri Kaskispor” (Türkiyə) – “Hainaut Basket” (Fransa) görüşündə ədaləti qoruyacaq.

Qeyd edək ki, bu klublar arasında ilk oyundur.