“İqtisadçı”nın yeni transferi üçün əvəzləyici
26.01.2012 - 13:40
“İqtisadçı”nın yeni transferi üçün əvəzləyici
“İqtisadçı”nın İtaliyanın “Kariparma” klubundan transfer etdiyi Kenni Morena Pino yeri boş qalmayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının blokçusu Kseniya Kovalenkonun şərəfini qoruduğu Parma təmsilçisi 33 yaşlı voleybolçunun əvəzinə serbiyalı Qorana Mariçiçi heyətinə qatıb.

Yığmasının üzvü olan 28 yaşlı hücumçu mövsümün sonuna kimi bu komandada çıxış edəcək.

Qeyd edək ki, “İqtisadçı” qış fasiləsində ən çox transfer edən komanda olub. Universitet klubu Pinodan öncə braziliyalı Kristina Fernanda Ferreyra və dominikalı Prisilla Riveranı heyətinə qatıb. Onların əvəzinə isə Masami Yokoyama vətəni Yaponiyaya yola salınmışdı.