Bakı təmsilçisinin Serbiya səfərinə aydınlıq gəldi
26.01.2012 - 14:48
Bakı təmsilçisinin Serbiya səfərinə aydınlıq gəldi
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində Serbiyanın “Vizura” komandası ilə cavab görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Belqrad sınağına fevralın 8-də çıxacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, paytaxtımızda baş tutacaq ilk matç fevralın 1-də saat 18:00-da start götürəcək.