Növbəti təxirəsalma
27.01.2012 - 11:19
Növbəti təxirəsalma
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Rabitə” – “Lokomotiv” və “Azərreyl” – “İqtisadçı” matçlarının keçirilməsi düyünə düşüb. Apasport.az saytının məlumatına görə, yanvarın 28-də təşkil edilməli oyunlar növbəti dəfə təxirə salınıb.

Görüşlərin yeni tarixi isə hələ açıqlanmır.