“Qala” texniki məğlubiyyətin qisasını ala biləcəkmi?
27.01.2012 - 14:16
“Qala” texniki məğlubiyyətin qisasını ala biləcəkmi?
Sabah basketbol üzrə kişilər arasında Azərbaycan çempionatında VII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 3 matçdan sonra liderin dəyişəcəyi inandırıcı deyil.

Çünki günün ilk görüşündə son Azərbaycan çempionu “Araz” BDU-nu sınağa çəkəcək ki, Tahir Baxşıyevin yetirmələrinin onlara uduzacaqları inandırıcı deyil. İlk dövrədə 110 xal fərqi (143:33) ilə qələbə qazanan Naxçıvan təmsilçisinin bu dəfə də böyük hesabla qalib gələcəyi istisna deyil.

Turun “Qala” – “NTL-Tudor” matçı isə xüsusi əhəmiyyət daşıyacaq. Çünki Elxan Əliyevin yetirmələri ilk oyunda qələbə qazansalar da, heyətdə adı başqa komandanın iştirak ərizəsində olan basketbolçu meydana çıxdığından texniki məğlubiyyətlə üzləşmişdilər. Bunun üçün onların bu dəfə debütantdan qisas alacaqları sözsüzdür.

Tura isə “Çağ Öyrətim” – “AZTOP” dueli ilə yekun vurulacaq. Üçüncü yerə iddialı hər 2 klubun qalib gəlmək şansı var. İlk dövrədə cəmi 1 xal fərqi ilə (69:70) ilə uduzan “AZTOP” revanş alacağı halda, turnir cədvəlində mövqeyini qoruyacaq.

VII tur
28 yanvar


14:00. “Araz” – BDU
15:30. “Qala” – “NTL-Tudor”
17.00. “Çağ Öyrətim” – “AZTOP”


1.Araz660595-34112
2.Qala642427-31610
3.AZTOP633446-4269
4.ÇağÖyrətim633398-4359
5.NTL-Tudor624342-3718
6.BDU606276-5886