“Araz”ın oyununda rekord, “Qala”dan qisas
30.01.2012 - 10:35
“Araz”ın oyununda rekord, “Qala”dan qisas
Basketbol üzrə kişilər arasında Azərbaycan çempionatında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur liderlərin qələbəsi ilə yekunlaşıb.

Belə ki, Azərbaycan çempionu “Araz” BDU-nu yenə böyükhesabla məğlub edib. İlk dövrədə 110 xal fərqi (143:33) ilə qələbə qazanan Naxçıvan təmsilçisinin bu dəfə rəqibini 147:54 hesabı ilə məğlub edib. Yığmamızın lideri Amil Həmzəyev isə bu qarşılaşmada yeni rekord müəyyənləşdirib. O, 147 xaldan 110-unu qazanıb (!).

Turun xüsusi əhəmiyyət daşıyan “Qala” – “NTL-Tudor” matçı isə Elxan Əliyevin yetirmələrinin qələbəsi ilə başa çatıb. Onlar bununla da ilk oyundakı texniki məğlubiyyətin qisasını alıblar.

“Çağ Öyrətim” – “AZTOP” duelindən isə birincilər qalib ayrılıblar. İlk dövrədə cəmi 1 top fərqi ilə (69:70) ilə uduzan “AZTOP” bu dəfə də uduzub və üçüncü yeri “şagirdlərə” hədiyyə edib.

VII tur
“Araz” – BDU – 147:54
“Qala” – “NTL-Tudor” – 68:53
“Çağ Öyrətim” – “AZTOP” – 63:56

1. Araz 7 7 0 742-395 14
2. Qala 7 5 2 495-369 12
3. ÇağÖyrətim 7 4 3 461-491 11
4. AZTOP 7 3 4 502-489 10
5. NTL-Tudor 7 2 5 395-439 9
6. BDU 7 0 7 330-735 7

Qeyd edək ki, növbəti turun oyunları fevralın 4-də olacaq.