Təxirə salınmış oyunların başlanma vaxtı açıqlandı
30.01.2012 - 15:20
Təxirə salınmış oyunların başlanma vaxtı açıqlandı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Rabitə” – “Lokomotiv” və “Azərreyl” – “İqtisadçı” matçlarının keçiriləcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, hər 2 qarşılaşma fevralın 4-də oynanılacaq.

Voleybol Federasiyasının idman zalında baş tutacaq oyunlar müvafiq olaraq, 16:00 və 18:00-da start götürəcək.