Türkiyə yığmasının sabiq oyunçusu üçün 3-cü Azərbaycan klubu
30.01.2012 - 16:00
Türkiyə yığmasının sabiq oyunçusu üçün 3-cü Azərbaycan klubu
Bakının “Azərreyl” klubu Çempionlar Liqası üçün yeni voleybolçu sifariş edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev qitənin ən möhtəşəm yarışında müqavilə ilə “Azəryolservis”ə məxsus olan türkiyəli Pelin Çelikin köməyindən istifadə edəcək.

Mövsümün əvvəlində “Rabitə” ilə dünya çempionu olan toppaylayıcı qrup mərhələsinin son oyununda zədələnən Oksana Parxomenkonu layiqincə əvəzləməyə çalışacaq. Türkiyə milli komandasının sabiq üzvünün 1/8 final mərhələsinin “Volero” ilə ilk oyunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Anastasiya Qurbanova da Super Liqada “Azəryoservis”in şərəfini qorumağına baxmayaraq, Çempionlar Liqasında “dəmiryolçular”ın heyətində çıxış edir.