“Azərreyl” üçün rumıniyalı
31.01.2012 - 11:08
“Azərreyl” üçün rumıniyalı
Qadın voleybolçular arasında Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, pley-offda “Volero” (İsveçrə) - “Azərreyl” (Azərbaycan) görüşündə əsas fit sahibi rumıniyalı Silvian Lungi olacaq. Ona köməkliyi Fabrise Kollados (Fransa) edəcək.

“Rabitə”nin “Atom”la (Polşa) səfər matçı isə serbiyalı Qoran Qradinski və belçikalı Arturo di Qiakomoya tapşırılıb.

Qeyd edək ki, hər 2 matç fevralın 1-də keçiriləcək.