Svetlana İliç: “Azərreyl”də 3 voleybolçunu saxlaya bilsək...
31.01.2012 - 11:17
Svetlana İliç: “Azərreyl”də 3 voleybolçunu saxlaya bilsək...
“Azərreyl”in video yazısını izləsəniz, onların nə dərəcədə güclü olduğunu dərhal başa düşərsiz”. Apasport.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” voleybol klubunun baş məşqçisi Svetlana İliç deyib.

O, fevralın 1-də Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində qəbul edəcəkləri “Azərreyl”lə bağlı fikirlərini açıqlayıb. İliç bildirib ki, Bakı təmsilçisi güclü olsa da, zəif nöqtələri də var:
“Komandamız Polina Rəhimova, Oksana Kovalçuk və Paulino De Souza Pereyraya xüsusi diqqət yetirməlidir. Çox vacibdir ki, bizim blok bu 3 voleybolçunun qarşısını ala bilsin. Onların oyunlarına bir neçə dəfə baxdıqdan sonra başa düşdük ki, top qəbulunda problemləri var. Bundan yararlanmağa çalışacağıq”.

Qeyd edək ki, Sürixdə keçiriləcək “Volero” – “Azərreyl” görüşü Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.