Növbəti hədəfə doğru
31.01.2012 - 16:25
Növbəti hədəfə doğru
Sabah Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup”da 1/8 final mərhələsində ilk oyununu keçiriləcək. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri doğma divarlar arasında Serbiyanın “Vizura” komandasını qəbul edəcək.

Ötən il analoji yarışın finalına kimi irəliləyən “dəmiryolçular” bu dəfə çempion olmağı qarşılarına məqsəd qoyduqlarından, uduzacaqları inandırıcı deyil. “Lokomotiv”in bütün oyunlara son görüş kimi çıxması onların üstünlüyüdür. Bundan əlavə, hazırda Serbiya çempionatında 4-cü yerdə olan “Vizura” ancaq yerli voleybolçulara bel bağlayır. Onlar isə elə də təcrübəli deyillər. Çünki klubda yer alan oyunçular arasında ən yaşlı voleybolçunun cəmi 24 yaşı var. Əslində, serblərin bu mərhələyə kimi gəlməsi böyük uğur hesab olunur. Bunun üçün də “Lokomotiv”in sabah da əvvəlki görüşlərdə olduğu kimi “quru hesabla” qalib gələcəyi proqnozlaşdırılır.

1 fevral

18:00. “LOKOMOTİV” (AZƏRBAYCAN) – “VİZURA” (SERBİYA)
Hakimlər: Tiran Şayno (İsrail), Nurper Özbar (Türkiyə)
Bakı İdman Sarayı

Qeyd edək ki, II təsnifat mərhələsindən turnirə başlayan “Lokomotiv” əvvəlcə “Vaşaş”ı (Macarıstan), ardından “ZOK Split”i (Xorvatiya) mübarizədən kənarlaşdırıb.