Çətin qələbə və gözlənilməz məğlubiyyət - YENİLƏNİB
02.02.2012 - 01:31
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışında Bakının “Azərreyl” və “Rabitə” klubları ilk matçlarına səfərdə çıxaraq, fərqli nəticələr qazanıblar.
“Dəmiryolçular” Sürixdə “Volero”nun qonağı olublar. “Azərreyl” oyunun favoriti olsa da, ev sahiblərinin sürprizi ilə qarşılaşıb. Düzdür, ilk seti Faiq Qarayevin yetirmələri qazanıblar. Lakin bundan sonra öz oyununu itirən voleybolçularımız rəqibin hesabı bərabərləşdirməsinə mane ola bilməyiblər – 1:1.
Komandamız yalnız özünə üçüncü hissənin sonlarında gəlib. Onlar setboyu hesabda irəlidə olsalar da, yekunda çətin qələbə qazanaraq, psixoloji üstünlüyə yiyələniblər. Bu isə matçın taleyini həll edib. IV hissədə “Volero”nu asan məğlub edən “dəmiryolçular” ev matçına rahat çıxa bilərlər.
Son Azərbaycan çempionu “Rabitə”nin isə oyundan öncə Polşada büdrəyəcəyi inandırıcı görünməsə də, bu, baş verib. Zoran Qayiçin yetirmələri gözlənilmədən “Atom”la dueldən məğlub ayrılıblar.
Halbuki, oyun voleybolçularımızın qələbəsi ilə başlayıb. Lakin ilk setdə ev sahiblərini məğlub edən “Rabitə” bunun davamını gətirə bilməyib. Nəticədə “Atom” ardıcıl 3 hissədə qalib gələrək, oyunun yekun hesabını müəyyənləşdirib – 3:1. Lakin “Rabitə” mərhələ adlamaq üçün cavab oyununda qələbə qazanmaqla, cütün taleyini “Qızıl set”ə daşıya bilər.
1 fevral
1/8 final mərhələsinin ilk oyunları
“VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)
Hakimlər: Silvian Lungi (Rumıniya), Fabrise Kollados (Fransa)
Sürix, Sportanlage İm Birch
“ATOM” (POLŞA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)
Hakimlər: Qoran Qradinski (Serbiya), Arturo di Qiakomo (Belçika)
Sopot, Hala Ergo Arena Qdansk
Qeyd edək ki, cavab oyunları bir həftə sonra Bakıda keçiriləcək.

0
0