“Rabitə” komandası daha bir mükafata layiq görüldü
01.02.2012 - 13:15
Bakının “Rabitə” voleybol klubu növbəti dəfə Azərbaycanın ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, ötən mövsümdə dünya və Azərbaycan çempionu olmaqla yanaşı, Çempionlar Liqasının gümüş mükafatını qazanan paytaxt təmsilçisi bu dəfə “Sportsman” jurnalının təşkil etdiyi “ZƏFƏR-2011” mükafatlandırma mərasimində də fərqlənənlər arasında olub.
Belə ki, Azərbaycan idman elitasının bütün ziyalılarının iştirak etdikləri və yüksək səviyyədə təşkil olunan tədbirdə bu dərgi ötən ilin yekunları ilə bağlı müxtəlif idman növlərində böyük uğurlara imza atmış laureatların adlarını açıqlayıb.
Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin “İlin Komandası” kimi təltif etdiyi “Rabitə” komandası bu tədbirdə də eyni mükafata layiq görülüb.
Tarixində ilk dəfə Avropa Çempionlar Liqasında iştirak etmiş və elə debüt ilindəcə bu turnirin finalına yüksələrək, gümüş medallara sahib olan komanda elə həmin ildəcə Qətərdə təşkil olunan klublararası dünya çempionatında qızıl medallara yiyələnməklə adını Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdırdı. İlin son turniri - kiçik dünya çempionatı kimi dəyərləndirilən ənənəvi “Top Volley” turnirində də rəqiblərini bir nəfəsə məğlub edən “Rabitə” turnirin baş mükafatına sahib olmaqla bərabər, həm də uğurlarının təsadüfi olmadığını bir daha sübut etdi. Bütün bu qələbələrin qazanılmasında xüsusi payı olan klub prezidenti Cəlil Cəfərova “ZƏFƏR-2011” mükafatı çərçivəsində “İlin komandası” mükafatı təqdim edildi. Klubun prezidenti isə öz növbəsində bu mükafatdan qürur duyduğunu və komandanın gələcəkdə də zirvədə qalması üçün əlindən gələni edəcəyini söyləyib.

0
0