Azərbaycanlı hakim İstanbul derbisində
01.02.2012 - 15:21
Azərbaycanlı hakim İstanbul derbisində
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qadın voleybolçular arasında baş tutacaq Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında İstanbul derbisində - “Əczaçıbaşı” – “Vakıfbank TTelekom” görüşündə ədaləti qoruyacaq.

Fevralın 2-də keçiriləcək matçda Zülfüqarov əsas referi olacaq. Ona köməkliyi isə yunanıstanlı Georgios Karampetsos edəcək.