“Bakı”dan inamlı qələbə - YENİLƏNİB
02.02.2012 - 20:40
“Bakı”dan inamlı qələbə - YENİLƏNİB
“Bakı” voleybol klubu bu gün “Çelenc Cup”ın 1/8 final mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələrinin rəqibi Xorvatiyanın “Rieka” komandası olub.

Paytaxt təmsilçisinin Bakı İdman Sarayında keçiriləcək oyunu asan qələbə ilə başa vuracağını əvvəlcədən proqnozlaşdırmaq olardı ki, azarkeşlər də məhz bunun şahidi olublar. Təmsilçimiz 3:0 hesablı inamlı qələbə qazanıblar. Rəqib yalnız son setdə az-çox müqavimət göstərib. 1 həftə sonra baş tutacaq cavab oyunu ərəfəsində “Bakı”nın növbəti mərhələ şansları böyükdür.

19:30. “BAKI” (AZƏRBAYCAN) – “RİEKA” (XORVATİYA) - 3:0 (25:14, 25:16, 25:21)
Hakimlər: Tomas Yanik (Polşa), Andrey Kovalçuk (Ukrayna)
Bakı İdman Sarayı

Qeyd edək ki, “Bakı” I təsnifat mərhələsində “Famaqusta” (Kipr), daha sonra “Evre” (Fransa), 1/16 finalda isə “Apollon” klublarını məğlub edib.