Polina Rəhimova: Bombardirlik mübarizəsini davam etdirirəm
02.02.2012 - 10:29
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsində “Volero” (İsveçrə) – “Azərreyl” (Azərbaycan) görüşünün ən güclüsünün adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin 3:1 hesabı ilə qalib gəldikləri oyunun qəhrəmanı yenə Polina Rəhimova olub.
Yığmamızın da şərəfini qoruyan hücumçu 24 xalla bombardir adını qoruyub. Digər voleybolçularımız - Hizer Erin Brun 19, Sara Anzanello 15, Oksana Kovalçuk 8, Paulino De Souza Pereyra 6 və Nutsara Tomkom 2 dəqiq zərbəyə seviniblər.
Rəqib düşərgədə isə Yelena Alajbeq daha sərrast olub. Onun 15 zərbəsi komandasına xal qazandırıb.
Qeyd edək ki, “Azərreyl” – “Volero” görüşü fevralın 8-də keçiriləcək.

0
0