Mira Qoluboviçin səyi qələbəyə kifayət etmədi
02.02.2012 - 11:22
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atom” (Polşa) – “Rabitə” (Azərbaycan) görüşünün bombardirinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sopotda baş tutan oyunda 1:3 hesablı məğlubiyyət Bakı təmsilçisinin üzvlərinin birinci olmasını əngəlləyib.
Nəticədə matçın qəhrəmanı adını “Atom”un voleybolçusu Meqan Hodge qazanıb. O, “Rabitə”dən nə az, nə çox – 28 xal almağı bacarıb.
Zoran Qayiçin yetirmələrindən isə daha yaxşı Mira Qoluboviç oynayıb. Serbiyalı legionerimiz 15 xal toplayıb. “Rabitə”nin digər voleybolçuları - Sanya Staroviç 14, Natalya Məmmədova 11, Nataşa Krsmanoviç 10, Nataşa Osmokroviç 9, Dobriana Rabadjiyeva 8 və İrina Jukova 2 dəqiq zərbəyə sevinib.
Qeyd edək ki, Bakıda keçiriləcək cavab oyunu fevralın 9-a təsadüf edəcək.

0
0