Potensial rəqiblərimizdən gözlənilən nəticə
02.02.2012 - 12:11
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsində Bakının “Azərreyl” və “Rabitə” klublarının potensial rəqibləri 1/8 final mərhələsində ilk oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, “Dresdner” (Almaniya) – “Dinamo” (Kazan, Rusiya) və “Modranska” (Çexiya) – “Fənərbaxça” (Türkiyə) görüşlərində sensasiya qeydə alınmayıb.
Belə ki, hər 2 matçda qonaqlar layiqli qələbə qazanıblar. İstanbul təmsilçisi 3:1 (23-25, 25-23, 25:17, 25:16), Kazan klubu isə 3:0 (25:12, 25:22, 25:13) hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Azərreyl” mərhələ adlayarsa, “Dresdner” – “Dinamo”, “Rabitə” 1/4 finala yüksələrsə, “Modranska” – “Fənərbaxça” cütünün qalibi ilə qüvvəsini sınayacaq.

0
0