“Ximik” və “Omiçka” Bakıya gəlmək arzusundadırlar
03.02.2012 - 10:14
“Ximik” və “Omiçka” Bakıya gəlmək arzusundadırlar
Qadın voleybolçular arasında “Çelenc Cup”da Azərbaycanın “Bakı” və “Lokomotiv” klublarının potensial rəqiblərinin oyunları başa çatıb. Apasport.az saytının görə, 1/4 finalda qarşılaşa biləcəyimiz “Veert” (Belçika) – “Omiçka” (Rusiya) və “Brno” (Çexiya) – “Ximik” (Ukrayna) matçlarında fərqli nəticələr qeydə alınıb.


“Bakı” mərhələ adlayacağı halda, “Veert” (Belçika) – “Omiçka” (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq ki, bu cütün taleyi də ilk görüşdə həll olunub. Rusiyalı voleybolçular səfərdə 3:0 (25:23, 25:22, 28:26) hesabı ilə qələbə qazanıblar və bu üstünlüyü evdə əldən verəcəkləri inandırıcı görünmür.

“Lokomotiv” 1/4 finala yüksələrsə, çox güman “Ximik”lə qarşılaşacaq. Çünki “Brno” ukraynalılara evdə çətinliklə qalib gəlib – 3:2 (18:25, 27:25, 25:17, 21:25, 15:9).

Qeyd edək ki, “Çelenc Cup”ın ötən mövsümündə “Omiçka” “Lokomotiv”ə, “Ximik” isə “Azərreyl”ə uduzmuşdu.