Azərbaycan çempionunun rəqibi itirə-itirə gedir
03.02.2012 - 13:50
“Rabitə”nin Çempionlar Liqasının 1/8 final mərhələsində rəqibi olan Polşanın “Atom” klubunu daha bir voleybolçu tərk edib. Apasport.az saytının məlumatına görə, maliyyə böhranı içərisində çabalayan Sopot təmsilçisinin düşərgəsindən bu dəfə İspaniya milli komandasının üzvü Amaranta Fernandes ayrılıb.
Razılaşmaya əsasən ona azad oyunçu statusu verilib və Azərbaycan çempionu ilə cavab matçına gəlməyəcəyi dəqiqləşib. Fernandesdən öncə isə türkiyəli Nəriman Özsoy Polşa klubundan ayrılmışdı.
Qeyd edək ki, “Atom” ilk matçda 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu isə fevralın 9-da olacaq.

0
0