Çimərlikdən “Azərreyl”ə!
03.02.2012 - 15:47
Çimərlikdən “Azərreyl”ə!
Bakının “Azərreyl” klubu qış transfer fasiləsində növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ABŞ milli komandasının sabiq toppaylayıcısı Nikol Branah ilə razılığa gəliblər.

Əsasən çimərlik voleybolunda uğur qazanan və burada ulduz hesab olunan 34 yaşlı Branahla mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Azərreyl” Bakıya qayıtdıqdan sonra komandaya qoşulacaq.

Qeyd edək ki, 188 sm boya malik amerikalı məcburiyyətdən transfer edilib. Branah zədələnərək sıradan çıxan “dəmiryolçular”ın kapitanı Oksana Parxomenkonu layiqincə əvəzləməlidir.