Milli komandamız üçün “Arena Samokov”
04.02.2012 - 14:02
Basketbol üzrə Avro-2013-ün qrup mərhələsi çərçivəsində Bolqarıstan milli komandası Azərbaycan yığması ilə ev oyununu keçirəcəyi arenanın adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bolqarlar Elxan Əliyevin yetirmələrini Samokov şəhərində sınağa çəkəcəklər.
Sentyabrın 2-də baş tutacaq oyun “Arena Samokov”da keçiriləcək. 2500 tamaşaçı tutumuna malik zalda rəqib yığmamızla yanaşı, Lüksemburqla da oynayacaq.
Maraqlıdır ki, Bolqarıstan millisi daha güclü rəqiblər – İsveç və Almaniya ilə görüşləri paytaxt Sofiyada keçirməyə qərara veriblər. Onlar hər 2 komanda ilə “Universiada”da qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionatına qatılacaq.

0
0