Klublarımızın taleyi norveçli və bolqarıstanlı hakimlərə tapşırıldı
04.02.2012 - 16:32
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab matçlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Vizura” (Serbiya) – “Lokomotiv” (Azərbaycan) görüşündə əsas referi funksiyasını norveçli Tim Kaaberə həvalə edib. Belqradda baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını Audrius Qarqasas (Litva) yerinə yetirəcək.
“Rieka” (Xorvatiya) – “Bakı” (Azərbaycan) oyununda əsas fit sahibi İvan Momirov (Bolqarıstan) olacaq. Ona köməkliyi isə David Fernandes (İspaniya) edəcək.
Qeyd edək ki, təmsilçilərimiz ilk matçı qələbə ilə başa vurublar. Hər 2 cavab oyunu isə fevralın 8-də keçiriləcək.

0
0