“Bakı”nın oyunçusu millidən imtina etdi - FOTO
06.02.2012 - 10:51
“Bakı”nın hollandiyalı voleybolçusu İnqrid Visser milli komandasından rəsmən imtina edib. Apasport.az saytının məlumatına görə, orta sahə oyunçusu bununla bağlı Hollandiya Voleybol Federasiyasına məktub göndərib.
35 yaşlı Visserin belə addım atmasında əsas rolu yığmanın baş məşqçisi Avital Selinderin istefaya göndərilməsi də rol oynayıb. Beləliklə, “Bakı”nın aparıcı voleybolçusu may ayında Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat mərhələsində millisinin şərəfini qorumayacaq.
Qeyd edək ki, 16 ildir Hollandiya yığmasında oynayan Visser 466 matçda “narıncı” formanı geyinib.

- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0