“Rabitə”nin rəqibindən etiraz - FOTO
06.02.2012 - 13:08
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə” ilə qarşılaşacaq “Atom” klubunun Bakıya tam heyətlə gəlməsi sual altına düşüb. Apasport.az saytının məlumatına görə, maliyyə böhranı içərisində çabalayan Polşa təmsilçisinin 2 voleybolçusu maaşlarını almayanadək meydana çıxmayacaqlarını bəyan ediblər.
Belə ki, almaniyalı Koriana Ssusçk-Voiqt və Marqareta Kozuç Polşa çempionatının son turundan etiraz aksiyasına başlayıblar. Onlar “Palac”la oyunda görüşü kənardan izləyiblər və meydana çıxmaqdan imtina ediblər. “Atom” isə bu görüşdə çətinliklə 3:2 (23:25, 25:19, 25:16, 23:25, 15:10) hesabı ilə qalib gəlməyi bacarıb. Hazırda klub rəhbərliyini qayğılandıran əsas məsələ bu voleybolçuları fevralın 9-da Bakıda keçiriləcək oyuna gətirməkdir. Çünki onların paytaxtımıza gəlməsi də sual altına düşüb.
Qeyd edək ki, “Atom”dan “Rabitə” ilə oyun ərəfəsində maliyyə çətinlikləri səbəbindən türkiyəli Nəriman Özsoy və ispaniyalı Amaranta Fernandes ayrılıblar.

- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0