“Azərreyl” 1/4 finalda! - YENİLƏNİB
08.02.2012 - 19:17
“Azərreyl” 1/4 finalda! - YENİLƏNİB
“Azərreyl” voleybol klubu bu gün Çempionlar Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri 1/8 final mərhələsinin cavab görüşündə İsveçrənin “Volero” komandasını sınağa çəkiblər.

Bakı İdman Sarayında baş tutan oyunda “dəmiryolçular” gözlənilən kimi asanlıqla qalib gəliblər. Rəqibini Sürixdə 3:1 hesabı ilə məğlub edən “Azərreyl” doğma divarlar “quru hesabla” qələbə qazanıb.

Nəticədə hər 2 matçda “Volero”dan üstün olan Bakı təmsilçisi 1/4 finala yüksəlib. Bu mərhələdə komandamızın rəqibi “Dinamo” (Kazan, Rusiya) – “Dresdner” (Almaniya) cütünün qalibi olacaq. Onlar arasında ikinci görüş sabah baş tutacaq.

Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu


8 fevral
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “VOLERO” (İSVEÇRƏ) - 3:0 (25:17, 25:18, 25:14)
Hakimlər: Andrey Zenoviç (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)

Qeyd edək ki, Çempionlar Liqasında digər Bakı klubu – “Rabitə” “Atom”la cavab oyununu sabah keçirəcək.