Darmadağınla daha bir addım öndə - YENİLƏNİB
08.02.2012 - 22:12
Darmadağınla daha bir addım öndə -  YENİLƏNİB
Bu gün “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyunları keçirib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Lokomotiv” və “Bakı” klubları ikinci matçlarına səfərdə çıxıblar.

Birinci görüşlərini Bakıda qələbə ilə başa vuran hər 2 təmsilçimiz bu dəfə də meydanı qalib kimi tərk ediblər. Belə ki, “Lokomotiv” Serbiyanın “Vizura” klubunun qonağı olub və paytaxtdakı oyundan fərqli, rəqibinə bir seti də belə güzəştə getməyib – 3:0.

“Bakı” isə Xorvatiyada “Rieka” qarşısında gücünü növbəti dəfə nümayiş etdirib. Rəqibinə heç bir şans verməyən komandamız hər 3 setdə üstün oyun nümayiş etdirərək, layiqli qələbə qazanıb.

Beləliklə, həm “Bakı”, həm də “Lokomotiv” 1/4 final mərhələsinə yüksəliblər.

“Çelenc Cup”

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

“VİZURA” (SERBİYA) - “LOKOMOTİV” (AZƏRBAYCAN) - 0:3 (18:25, 7:25, 19:25)
Hakimlər: Tim Kaaber (Norveç), Audrius Qarqasas (Litva)
SC Vizura, Belqrad

İlk oyun
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VİZURA” (SERBİYA) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)


“RİEKA” (XORVATİYA) - “BAKI” (AZƏRBAYCAN) - 0:3 (17:25, 21:25, 18:25)
Hakimlər: İvan Momirov (Bolqarıstan), David Fernandes (İspaniya)
Dvorana Mladost, Rieka

İlk oyun
“BAKI” (AZƏRBAYCAN) – “RİEKA” (XORVATİYA) - 3:0 (25:14, 25:16, 25:21)