Futbol federasiyasının prezidenti istefa verdi
08.02.2012 - 10:22
Futbol federasiyasının prezidenti istefa verdi
Finlandiya Futbol Assosiasiyasının prezidenti Sauli Niyniste istefa verib. Apasport.az saytının məlumatına görə, buna onun ölkə prezidenti seçilməsi səbəb olub. 2009-cu ildən futbol qurumuna rəhbərlik edən Niyniste martın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq. Əvvəllər Nazirlər Kabinetinin üzvü, Finlandiya parlamentinin spikeri Niynisteni əvəzləyəcək şəxsin adına isə qurumun növbəti baş assambleyasında aydınlıq gələcək. Həmin avxta qədər federasiya prezidenti vəzifəsini Markko Lextola icra edəcək.