Polina Rəhimovanı bu dəfə də dayandıran tapılmadı
08.02.2012 - 20:20
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Azərreyl” (Azərbaycan) – “Volero” görüşünün ən yaxşısı məlum olub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin 3:0 hesabı ilə qalib gəldikləri matçın qəhrəmanı adını yenə Polina Rəhimova qazanıb.
O, ilk qarşılaşmada olduğu kimi bir daha bombardirlik keyfiyyətini nümayiş etdirib və “Azərreyl”ə 16 xal qazandırıb. Komandamızın digər voleybolçuları - Hizer Erin Brun 11, Oksana Kovalçuk 10, Paulino De Souza Pereyra və Sara Anzanello hərəyə 7 və Karolina Kozek 2 dəqiq zərbə vurublar.
“Volero”nun heyətində isə Tiyana Maleseviç fərqlənib. O, komandasına 7 xal qazandırıb.
Qeyd edək ki, ilk matçda da 3:1 hesabı ilə qalib gələn “Azərreyl” 1/4 finala yüksəlib.

0
0