Natalya Məmmədova: Komandamızda heç kim bədbinliyə qapılmır
09.02.2012 - 10:13
Natalya Məmmədova: Komandamızda heç kim bədbinliyə qapılmır
“Bakıdakı cavab oyununa nikbin baxırıq. Heç kim bədbinliyə qapılmır”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Natalya Məmmədova deyib.

Komandasının kapitanı bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində “Atom”la (Polşa) cavab matçı barədə fikirlərini açıqlayıb. Məmmədovanın sözlərinə görə, mərhələ adlamaqla bağlı üzərlərinə düşən çətin vəzifənin öhdəsindən gəlmək gücündədirlər: “Qonaq komandanı qiymətləndirməmək olmaz. Bu bizim üçün çox çətin matç olacaq. Belə revanş matçında özümüzü necə göstərə biləcəyimizi azarkeşlərimiz də görəcək”.

Qeyd edək ki, “Rabitə” Sopotda baş tutan ilk qarşılaşmada 1:3 hesabı ilə uduzub.