“Rabitə” çox möhtəşəm oyun göstərdi”
09.02.2012 - 19:57
“Rabitə” göx gözəl voleybolçulardan ibarət klubdur və onlar həqiqətən çox möhtəşəm oyun göstərdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Atom” klubunun voleybolçusu Alişa Qlass deyib.
Amerikalı legioner Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə”yə uduzaraq, mübarizəni dayandırmalarına münasibət bildirib: “Biz bacardığımızı etdik, lakin qələbə qazana bilmədik. “Sərhədçi” Olimpiya Mərkəzi voleybol oynamaq üçün çox əladır. Belə zalda oynamaq bizim üçün çox xoşdur”.
Qeyd edək ki, “Rabitə” ilk oyunda 1:3 hesabı ilə uduzsa da, cavab matçında eyni hesabla qalib gəlib. “Qızıl set”də isə rəqibindən üstün olan Bakı təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

0
0