Alessandro Çiappini: Bu matç bizim üçün ağır oldu
09.02.2012 - 20:11
“Rabitə”ni təbrik edirəm. Ötən oyunla müqayisədə çox əla oynadılar”. Apasport.az saytının məlumatına görə, bunu “Atom” voleybol klubunun baş məşqçisi Alessandro Çiappini deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda və “Qızıl set”də Bakının “Rabitə” komandasına məğlubiyyəti şərh edib. O bildirib ki, ilk oyunda qələbə qazansalar da, bunun ardını gətirə bilməyiblər: “Öz komandamı da təbrik etmək istəyirəm. Bu oyun bizim üçün ağır oldu. Voleybolçularım da layiqli oynadılar, sona kimi mübarizə apardılar. Amma “Rabitə” bu gün ən yaxşı oyunlarından birini göstərdi. Düzdür, ilk hissədə biz fərqləndik. Lakin ikinci setdə Natalya Məmmədova öz oyununu tapandan sonra problemlər yarandı. Budur ki, “Rabitə” layiqli qələbə qazandı. Onlara növbəti mərhələlərdə uğurlar arzulayıram”.
Qeyd edək ki, cavab matçında 3:1 hesabı ilə qalib gələn “Rabitə” “Qızıl set”də 15:6 hesablı qələbəyə sevinib.

0
0