“Bakı” 2-ci pilləni də əldən verdi
11.03.2012 - 10:18
“Bakı” 2-ci pilləni də əldən verdi
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, dünya və Azərbaycan çempionu “Rabitə” ardıcıl 10-cu qələbəsini də darmadağınla qazanıb. Bununla da onlar vahid liderə çevriliblər.

Çempionun ən yaxın izləyiciləri “Bakı” ilə “Azərreyl” arasında matç sonuncuların üstünlüyü ilə keçib. Onlar qalib gələrək 2-ci pilləni paytaxtın eyniadlı təmsilçisinin əlindən alıb.

Üçüncülük mübarizəsində “Bakı”ya rəqib olan 2 komandanlın duelində isə “Lokomotiv” asan qələb qazanıb. Bununla da “dəmityolçular” “İqtisadçı”nı arxada qoyublar.

Azəryolservis – Rabitə - 0:3 (14:25, 17:25, 14:25)
Bakı – Azərreyl - 1:3 (25:21, 22:25, 20:25, 14:25)
Lokomotiv - İqtisadçi - 3:0 (25:21, 22:25, 21:25)


1.Rabitə1010030-220
2.Azərreyl109127-1019
3.Bakı127526-1819
4.Lokomotiv105520-1515
5.İqtisadçı104613-2214
6.Azəryolservis112911-2813
7.Lokomotiv Biləcəri110111-3311