“Dinamo”nun baş məşqçisi: Azərbaycandan dünya səviyyəli oyunçu gətirdik
18.04.2012 - 09:07
“Dinamo”nun baş məşqçisi: Azərbaycandan dünya səviyyəli oyunçu gətirdik
“Brunun transferi mərkəz xəttimiz gücləndirəcək, komandamızda rəqabəti artıracaq və heyətdə dəyişikliklər etmək imkanı yaradacaq”. Apasport.az saytının məlumatına görə, bunu Kazanın “Dinamo” voleybol klubunun direktoru Sergey Çernışov deyib.

O, “Azərreyl”lə müqaviləsi bitərək, karyerasını komandalarında davam etdirməyə qərar verən amerikalı Hizer Erin Brunun keçidinə münasibət bildirib: “Üstəlik, komandamıza bu voleybolçunun gəlişi oyunçumuz Cordan Larson üçün böyük üstünlük olacaq. Axı, o komandasında yerlisinin olmasını çoxdan arzulayırdı. Biz heyətimizin komplektləşməsinə artıq yanvardan başlamışıq. Bu gün ilk yeni oyunçumuzun adını açıqlaya bilərik ki, bu da ABŞ yığmasının üzvü olan Brundur”.

“Dinamo”nun baş məqşçisi Rişat Qilyazutdinov isə “Azərreyl”in sabiq oyunçusuna daha yüksək qiymət verib: “Brun dünya səviyyəli oyunçudur. Əlimizin altında onun, Borisenko, Moroz kimi blokçular olmaqla heyətdə mümkün yerdəyişmələr etmək imkanı qazanacağıq”.