“Təklifə fikirləşmədən “hə” dedim”
31.07.2012 - 17:15
“Rabitə” voleybol klubunun yeni italiyalı baş məşqçisi Marçello Abbondanzanın apasport.az saytına müsahibəsi
- “Rabitə”dən aldığınız təklifi necə qarşıladınız?
- Əslində, təklif alanda fikirləşmədən “hə” dedim. Çünki “Rabitə” çox iddialıdı. Bütün yarışlarda məqsədi birinci olmaqdı.
- Artıq bəzi voleybolçularla vidalaşıb, yeni oyunçular transfer edilib. Sizcə, bu amil uyğunlaşmada problem yaratmayacaq?
- Belə dəyişiklər hər komandada olur. Bu, mən 3 mövsüm işlədiyim “Villa Kortese”də də hər il baş verirdi. 6-7 voleybolçu gedirdi, yerinə yeniləri gəlirdi. Düzdür, ilkin hazırlıqda müəyyən çətinlik olur. Lakin tezliklə voleybolçular bir-biri ilə oynamağa uyğunlaşır və mövsümdə ciddi problem olmur.
- Azərbaycan və Super Liqa barədə nə deyə bilərsiz? Çempionatımızla daha öncə də maraqlanırdızmı?
- Mən Azərbaycanda 11 il öncə də olmuşam. Daha sonra Bolqarıstan yığması ilə ötən il Olimpiya Təsnifat mərhələsində Bakıda oldum. Paytaxtınız çox gözəlləşib. Super Liqaya gəlincə, burada İtaliya A seriyası ilə müqayisədə klubların sayı az olsa da, gərgin və maraqlı oyunlarla tanınır. Çünki Azərbaycan çempionatında yarışan komandalardan 4-5-i güclüdür. Bu səbəbdən də dünyanın bəzi aparıcı voleybolçuları məhz buraya gəlməyə cəhd edirlər.
- Super Liqadan söz düşmüşkən, “Rabitə”nin əzəli rəqibi “Azərreyl” hesab olunur. Bu duel barədə fikirlərini maraqlı olardı...
- “Azərreyl” güclü komandadır. “Lokomotiv” də iddialıdır. Onlarla oyuna gəldikdə, hər qarşılaşmaya fərqli taktika ilə çıxırsan və hər matça maraq ayrı olur.
- Çempionlar Liqasının püşkü atılıb. Yer aldığınız B qrupunu necə dəyərləndirədiniz?
- Asan qrup deyil. Polşa çempionu “Atom” kifayət qədər ciddi komandadır, ölkə birinciliyini qalibidir. Bununla yanaşı, bu ölkədə voleybolun səviyyəsi ilbəil artır. İtaliya “Villa Kortese”sini yaxşı tanıyıram, onlar da bütün görüşlərə qələbə üçün çıxırlar. Çexiyanın “Agel” klubu iddialı olmasa da, mövsümdən-mövsümə oyunlarını yaxşılaşdırırlar. Lakin buna baxmayaraq, bizim 1 məqsədimiz var. Bu da finala yüksəlməkdir.
- 3 çalışdığınız “Villa Kortese”yə qarşı matçlarda hansı hissləri keçirəcəksiz?
- Sözsüz ki, onlarla matçlarda xüsusi hisslər olacaq. Orada gözəl 3 mövsüm keçirmişik. Mən həmin kluba gələndə A seriyasının debütantı idi. Buna baxmayaraq, müəyyən titullara sahib olduq, Çempionlar Liqasına vəsiqə qazandıq, “Dördlər finalı”na kimi irəlilədik. Amma artıq “Rabitə”nin baş məşqçisiyəm. Hakim start fitini çaldıqdan sonra bu oyunlarda hər şey dəyişəcək.
- “Rabitə”nin hədəflərinin çox yüksək olduğunu bildirdiniz. Bu amil sizə haradasa çətinlik yaratmaz ki?
- Xeyr. Əksinə, bu yaxşı haldır. Ümid edirəm ki, prezidentimiz Cəlil Cəfərovun dediyi kimi biz yalnız çempionluq oynayacağıq. Bunun üçün şərait də əladır. Bacardığımız nədir onları da edəcəyik.
- Çempionlar Liqasında mübarizə aparan Rusiya və Türkiyə klubları super transferlər reallaşdırırlar. Onlar arasında əsas rəqib kimi hansıların adlarını çəkə bilərsiz?
- Fikrimcə, Kazan “Dinamo”su və İstanbul “Vakıfbank” ilə “Əczaçıbaşı”sı daha güclüdürlər.
- Özünüz üçün əsas heyəti müəyyənləşdirmisiz?
- Xeyr.
- Amma çoxları sizin rəhbərliyiniz altında Bolqarıstan yığmasında oynayan Dobriana Rabadjiyevanın əsas heyətdə yer alacağını deyirlər...
- Bilirsiz, ehtiyat oyunçular skamyamız genişdir. Bunun üçün əvvəlcədən heç kimə zəmanət verilmir. Dobriana yaxşı voleybolçudur. Amma oyunçu güclü ola bilər, o komanda oyunu oynaya bilməz. Bunun üçün də baxacağıq və elə olan ehtiyatda qalacaq.
- Sizdən öncə “Rabitə”də çalışan serbiyalı mütəxəssislər komandaya daha həmyerlilərini gətirirdilər. Siz də belə edəcəksizmi?
- İtaliyalıların Azərbaycan gəlməsində elə bir sədd görmürəm. Onların “Rabitə”yə transfer olunmasına ehtiyac duyularsa, problem olmaz.
- Dünya çempionatında əsas rəqiblərinizdə olan “Fənərbaxça” yenidən güclü heyət qurur. Onlarla finalda qarşılaşmaq istərdinizmi?
- Əsas məqsədimiz finaldır. Lakin hələ heç bir komandanın oyunçuları barədə nəsə fikir yürütmək olmaz. Çünki aparıcı oyunçular hazırda yığmaları ilə Olimpiadada çıxış edirlər. Onların düşərgəyə necə gəlməsini zaman göstərəcək. Amma dünya çempionatının da güclü olacağını deməliyik. Çünki Çinlə Braziliya ötən illə müqayisədə bu dəfə yığma səviyyəsində gələcək. Qarşılaşmalar çox gərgin keçəcək.
- Natalya Məmmədova “Rabitə”dən getdikdən sonra kapitan vəzifəsi boş qalıb. Bu məsələyə aydınlıq gəlibmi?
- İndi bu barədə nəsə demək olmaz. Prezidentimizlə məsləhətləşdikdən sonra bu dəqiqləşəcək. Seçimdə diqqətli olmalıyıq. Çünki həmin voleybolçu komandanı ardınca daşımalı və faydalı olmalıdır.

0
0