Yığmamızın Bakıda ilk cəhdi
17.08.2012 - 19:22
Yığmamızın Bakıda ilk cəhdi
Sabah kişi basketbolçular arasında Avro-2012-nin seçmə mərhələsinin II turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda debüt oyununda Lüksemburqu 101:78 hesabı ilə məğlub edən Azərbaycan millisi bu dəfə Bolqarıstan yığmasını sınağa çəkəcək.

Rəqib də I turda qələbə qazandığından qarşılaşmanın çətin keçəcəyi gözlənilir. Çünki görüşdə qalib gələn müvəqqəti də olsa, birinci pilləni ələ keçirəcək.

Elxan Əliyevin yetirmələrinin üstünlüyü evdə oynamalarıdır. Bununla yanaşı, təcrübəli məşqçimiz “Cırtdan ölkə” təmsilçisi ilə qarşılaşmada əsas heyət üzvlərini də çox yormayıb. Bolqarlar isə Bakıya çətin İsveç səfərindən gəliblər.

20:00. Azərbaycan – Bolqarıstan
Hakimlər: Luidji Lamonik (İtaliya), Rüştü Nuranla (Türkiyə), Sergey Kruq (Rusiya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Qrupumuzun digər matçında Almaniya birinci sınağına çıxacaq. Onlar Lüksemburqla üz-üzə gələcəklər. İsveç isə istirahət edəcək.