Bolqarıstan yığması: Əvvəl islahat, sonra Bakı səfəri
18.08.2012 - 12:06
Bu gün Azərbaycan milli komandası ilə qarşılaşacaq kişi basketbolçulardan ibarət Bolqarıstan yığması Bakıdakı oyun ərəfəsində islahata məruz qalıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Rosen Barçovski sərəncamında olan 2 oyunçudan imtina edib. Çalışdırıcı Avro-2013-ün seçmə mərhələsinin ilk səfər qarşılaşmasında Hristo Zaxariyev və Stanislav Vaklinova ehtiyac duymayıb. Bununla da Bolqarıstan yığması ölkəmizə 14 oyunçu ilə gəlib.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı saat 20:00-da başlayacaq.
0
0