Bakı klubu sentyabrın 19-da “Fənərbaxça” ilə qarşılaşacaq
20.08.2012 - 12:21
Bakı klubu sentyabrın 19-da “Fənərbaxça” ilə qarşılaşacaq
“Azərreyl”in yoldaşlıq matçı üçün növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Alessandro Çiappinin yetirmələri Çempionlar Liqasının son qalibi “Fənərbaxça” ilə qarşılaşacaqlar.

Oyun sentyabrın 19-da Polşada keçiriləcək.

Qeyd edək ki, Bakı təmsilçisi bu qarşılaşmadan öncə sentyabrın 14-17-də Polşada Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunacaq IV beynəlxalq turnirdə də gücünü yoxlayacaq.