Qisas və liderlik arzusunda
20.08.2012 - 13:22
Qisas və liderlik arzusunda
Sabah kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsi çərçivəsində III turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk 2 oyunda Lüksemburq və Bolqarıstan millilərinə qalib gələn Azərbaycan yığması 3-cü sınağına İsveçdə çıxacaq.

Bu ölkənin komandası ilə qarşılaşacaq Elxan Əliyevin yetirmələri üçüncü qələbə arzusundadırlar. Lakin rəqib bizim üçün heç də münasib sayılmır. Çünki ötən mövsüm millimizlə B divizionunda eyni qrupda yer alan İsveç basketbolçuları hər 2 görüşdə qələbəyə sevinmişdilər.

Buna baxmayaraq, qisas arzusu ilə səfərə yollanan həmyerlilərimiz rəqibdən psixoloji cəhətdən üstündürlər. İsveçlilər ilk matçında Bolqarıstan məğlub olduqları halda, yığmamız həmin komandanı asanlıqla məğlub edib. Bu azmış kimi, qrupda vahid lider olan millimiz bu uğurunu əldən verməyi planlaşdırmır.

Qrupumuzun digər qarşılaşmasında Bolqarıstan Almaniyanı qəbul edəcək.

22:00. İSVEÇ – AZƏRBAYCAN

Hakimlər:
Petri Mantila (Finlandiya), Dariuş Lenkzovski (Polşa), Siqmundur Herbertsson (İslandiya)

Azərbaycan

2

2

0

189-151

4

Bolqarıstan

2

1

1

151-161

3

Almaniya

1

1

0

101-53

2

Lüksemburq

2

0

2

131-202

2

İsveç

1

0

1

73-78

1



Avqustun 24-də keçiriləcək IV turda millimiz istirahət edəcək.