Perudan gələn var
20.08.2012 - 14:00
Perudan gələn var
Yeni mövsümdə iddialı olmağı qarşısına məqsəd qoyan “Azəryolservis” daha bir voleybolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı klubu Peru yığmasının aparıcı üzvü Karla Rueda ilə danışıqları müsbət yekunlaşdırıb.

Nəticədə “Azəryolservis” 22 yaşlı voleybolçu ilə bir illik müqavilə bağlayıb. 2007-ci ildən yığmasının şərəfini qoruyan 180 sm boya malik Rueda 2011-ci ildə Cənubi Amerika çempionatının bürünc mükafatını qazanıb. O, Azərbaycana gəlincə “Sportinq Kristal” (Peru, 2006), “Mursiya” (İspaniya, 2007), “Deportivo” (Peru, 2007, 2010-2011), “Riberense” (Portuqaliya, 2008-2009) və “Defense Forse” (Trinidad və Tobaqo, 2012) klublarının şərəfini qoruyub.

Qeyd edək ki, “Azəryolservis” Karlodan öncə çalışmış Aynur Kərimova, Oksana Kiselyova, Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Vendula Adlerova (Çexiya) və Tamas Cenefferlə (ABŞ) müqavilə bağlamışdı.