İsveçdə növbəti məğlubiyyət
22.08.2012 - 08:35
İsveçdə növbəti məğlubiyyət
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsi çərçivəsində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk 2 oyunda Lüksemburq və Bolqarıstan millilərinə qalib gələn Azərbaycan yığması 3-cü sınağına İsveçdə çıxıb.

Bu ölkənin komandası ilə qarşılaşan Elxan Əliyevin yetirmələri üçüncü qələbə arzusunda olsalar da, bunu reallaşdıra bilməyiblər. Ötən mövsüm millimizlə B divizionunda eyni qrupda yer alan və hər 2 matçda qələbə qazanan İsveç basketbolçuları bu dəfə də komandamızı məğlub ediblər.

Düzdür, həmyerlilərimiz ilk hissəni öz xeyirlərinə başa vurublar. Lakin bundan sonra təşəbbüsə yiyələnən ev sahibləri 96:79 hesabı ilə qələbə qazanıblar.

Qrupumuzun digər qarşılaşmasında Bolqarıstan Almaniyaya 70:82 hesabı ilə uduzub.

İSVEÇ – AZƏRBAYCAN – 96:79 (15:25, 26:17, 25:18, 30:19)
Hakimlər:
Petri Mantila (Finlandiya), Dariuş Lenkzovski (Polşa), Siqmundur Herbertsson (İslandiya)

Azərbaycan

3

2

1

268-247

5

Almaniya

2

2

0

183-123

4

Bolqarıstan

3

1

2

221-243

4

İsveç

2

1

1

169-157

3

Lüksemburq

2

0

2

131-202

2



Avqustun 24-də keçiriləcək IV turda millimiz istirahət edəcək.