Ceysi Karroll: Onlar bizim hücumçuları bağlaya bildilər
22.08.2012 - 09:42
Ceysi Karroll: Onlar bizim hücumçuları bağlaya bildilər
“Oyuna çox yaxşı başladıq. Rasim Başak bizim üçün bir neçə 3 xallıq uğurlu atışlar etdi. Ondan bunu da gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bunu Avro-2013-ün seçmə mərhələsində İsveçlə oyundan sonra Azərbaycan yığmasının basketbolçusu Ceysi Karroll deyib.

Millimizdə debüt matçında 27 xal toplayan amerikalı legioner adından söz etdirməyi bacarıb. Karroll yaxşı oynadıqları üçün 17 xal fərqi ilə məğlub olmalarını (79:96) ədalətli saymır: “Rəqibdən 17 dəfə top alan Orxan Aydın inanılmaz oyun göstərdi. Lakin İsveç bunun cavabını yaxşı verdi. Onlar bizim hücumçuları bağlaya bildilər. Komandamız müdafiə olunduqda isə bu səddi yarmağı bacardılar. Düşünmürəm ki, bu oyun 17 xallıq fərqlə bitməli idi. Xal fərqi matçın sonunda artdı”.