“Azərbaycana qalib gəldiyimiz üçün özümüzü rahat hiss edə bilərik”
22.08.2012 - 09:57
“Azərbaycana qalib gəldiyimiz üçün özümüzü rahat hiss edə bilərik”
“Biz oyuna yaxşı başlamadıq. Yalnız ikinci hissədə əsl komanda təsiri bağışladıq. Bundan sonra hər şey bizim üçün yaxşı getdi və uğurlu atışlar etdik”. Apasport.az saytının məlumatına görə, bunu İsveç yığmasının basketbolçusu Yonas Yerebko deyib.

MBA-da çıxış edən 25 yaşlı basketbolçu Avro-2013-ün seçmə mərhələsində Azərbaycanla oyunu şərh edib. 206 sm boya malik Yerebko bildirib ki, ilk hissədə məğlub olsalar da, azarkeşlərin dəstəyi sayəsində yekunda 96:79 hesablı qələbə qazanmağı bacarıblar: “Özümə gəlincə, mən birinci hissədə daha yaxşı oynayıb, dəqiq atışlar etdim. 17 xal fərqlə qalib gəldiyimiz üçün özümüzü rahat hiss edə bilərik. Çünki bu sonda həlledici ola bilər. Biz azarkeş dəstəyindən böyük enerji aldıq. Qarşıda bizi Almaniya ilə matç gözləyir. Onlarla da yaxşı oynaya bilərik”.